Dostlarla konfliktlərdən qaçınmaq üçün özünü aparma yolları


Çox vaxtı elə olur ki, insanın maraqları və həyat məqsədləri digər insanların maraqlarına zidd olur, nəticədə konfliktlər yaranır. Qarşınızda az tanıdıqınız insandırsa, adətən bu problem olmur. Bəs dostluq edənlərin arasında gərginlik yarananda nə etmək lazımdı? Dostlarla konfliktdən qaçınmaq üçün davranış qaydasını seçmək olar.

Dostlarla konfliktlərdən qaçınmaq üçün özünü aparma yolları

1. Hər situasiyada dostsevərliyi qoruyun. Sizi dostlarınızla birləşdirən ümumi bir şeyi yada salın. Yaltaqlanmaq mənasızdır, çünki dostluq münasibətdə bərabərlik deməkdir. Sadəcə ünsiyyətdə pozitivliyi qoruyun, çünki bu ünsiyyət partnyorlarınızada yansıyacaq.

2. Ünsiyyətin kritik situassiyalarında sakitliyi qoruyun. Əgər münasibətlərinizi hansısa xoşagəlməyən olay pozub, səsinizi yüksəldmək, qışqırmaq və əl-qol atmaq lazım deyil. Artıq dərəcədə olan emosional reaksiya, iki tərəfidə qane edən gərara gəlməyə və situasiyanı sakit araşdırmaqa imkan verməyəcək. Dostunuz emosiyalı olsada, siz sakit və səbirli olun.

3. Dostlarınızla mübahisə yaradan mövzular haqqda danışmaqdan qaçının. Dostluq - hər zaman hər sualın eyni görüşü deyil. Ədəbiyyata, siyasətə və dinə siz ayrı cür baxa bilərsiz. Lakin bu mübahisə üçün səbəb olmamalıdıк. Dostluq münasibətləri şəxsi maraqlardan üstün olmalıdır. Əgər dostlar əhatəsində sizi mübahisəli suallara öz fikrinizi bildirməyi xahiş edirlər, çalışın belə söhbətlərin cavabından qaçının.

4. Əgər dostunuz hirsli və konfliktlidirsə, onu dəyişdirmək üçün vaxt itirməyin. Artıq formalaşmış insanı dəyişdirməyə çalışarkən, siz yalnız ona konflikt üçün yeni səbəb verəcəksiz. Dostunuzu olduğu kimi qəbul etməyi öyrənin. Onun asan olmayan xasiyyətinə səbr və biraz güzəştlə yanaşın.

5. Dostlarla ünsiyyətdə yaxşı dinləyici olun. Çox vaxtı konfliktin səbəbi anlaşılmamazdıq olur. Olubmu elə ki, siz bir insana qulaq asıb, lakin onun nə dediyini eşidmirsiz? Çox vaxtı belə münasibət partnyorda əsəb və konflikt yaradır. Psixoloqlar hesab edir ki, başqa insani, ,onun sözünü kəsmədən, diqqətlə dinləməyi bacaran kəs, həyat uğurların nərdivanılə tez qalxa bilər və ümumi diqqətin mərkəzinə çevrilər.

© Qreat.az
Tarix: 24-11-2014, 07:29 Teqlər: Baxılıb: 1234
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
ŞƏRHLƏR