Nişanlı cütlük üçün toya hazırlıq planı


Nişanlı cütlük üçün toya hazırlıq planı

Toy günün çox gözəl və sevincli hadisə olması üçün, bu sevincli hadisəyə əsaslı hazırlıq lazımdır.

Evliliyin çoxdan gözlənilən təklifi edildikdən sonra, sevincli göz yaşları qurudu və birinci həyəcan hissləri artıq arxada qaldıqdan sonra, xoş, amma əziyyətli vaxt başlayır – toya hazırlıq.

3-6 ay qabaq toya hazırlığ planı
Hər şeydən əvvəl, cütlük toyun tarixini müəyyən etməlidir və sonra nə cür toy istədiklərini qərarlaşdırmalıdırlar – böyük toy, çoxlu qonaqlarla və ya ailə dairəsində - balaca, sakit toy. Adətən aşiqlər elə tarix seçirlər ki, hansı ki, onların münasibətlərinin inkişafıyla necəsə bağlıdır. Toya hazırlığ qrafikinin tərtib edilməsi və toyun və aşiqlərin hərəkətlərinin ətraflı planının hazırlanması - müvəffəqiyyətli və maraqlı toyun girovudur.

Toy sənayesində məşhur mövsüm – yaydır. Buna görə əgər siz yayda toy etməyi planlaşdırırsınızsa, sizə qabaqcadan təntənəli qeydiyyat üçün ərizə vermək lazımdır.


Toy gününü və büdcəni təyin etdikdən sonra qonaqların siyahısını təşkil etmək olar. Nə vaxt ki, siyahı təsdiq ediləcək, toy mərasiminin keçiriləcək yerini müəyyən etmək lazımdır. Bu təbiətdə qəşəng restoran, rahat kafe, evdə qonaq otağı və ya çadır ola bilər. Həmçinin tematik toy haqqında düşünmək olar, hansı ki, düzgün hazırlıq vaxtı maraqlı və yadda qalan hadisə ola bilər. Gələcək təzəbəylər ümumi məsələləri həll etdikdən sonra, onlar vəzifələri bölə bilərlər.

Gəlin üçün toya hazırlığ planı
Məlum olduğu kimi, adətən gəlin toya hazırlıq üzrə əsas hissəni öz üzərinə götürür. Şahidlə birlikdə və ya rəfiqələrlə o toy donunu və aksessuarları seçir, dəvətlərin hazırlığıyla məşğul olur, qədəhləri bəzəyir, toy mütəxəssisləriylə razılaşır və tamada, fotoqraf və video-operator üçün iş planı qurur. Böyük miqdarda maraqlı ideyalı gəlin, toyların hazırlığı üzrə forumlarda tapa bilər. Həmçinin gəlin nişannısını toy rəqsi üçün baletmeysterin bir neçə dərsinə baş çəkməyə inandıra bilər.

Gəlin çox həyəcanlanmamalıdır və toy qabagı yorulmamalıdır. Buna görə adətən gəlin özünə yaxın rəfiqələrdən birini köməkçi seçir, hansı ki, toyda şahid rolunu yerinə yetirəcək.


Adaxlı üçün toya hazırlığ planı
Adaxlı həmçinin öz həyatının vacib gününə diqqətlə hazırlaşır. Hər şeydən əvvəl, o toy kostyumunu alır, aksessuarları seçir – qalstuk, köynək, ayaqqabı. Obraz yaradıldıqdan sonra, adaxlı öz üzərinə götürülmüş öhdəlikləri yerinə yetirməyə başlayır. Adətən kişilər toy kortejinin sifarişiylə məşğul olurlar. Toy günü şahidlə birlikdə, adaxlı maşınları bəzəyir, həmçinin gəlin tərəfindən sifariş edilmiş buketi aparır və onu öz sevgilisiinə verir.

© Qreat.az
Tarix: 15-08-2014, 10:18 Teqlər: Toy, Sevgi Baxılıb: 5302
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.