Bir həftəlik qatıq pəhrizi


Bir həftəlik qatıq pəhrizi

Arıqlamaq üçün, adətən pəxriz saxlayırlar. Onlardan təsirlisi qatıq pəhrizidir. Bu turş süd içkisi həzm sitemin fəaliyyətinə yaxşı təsir göstərir, rasiondaki əlavə məhsullar isə çox azkalorilidir. Məhz buna görə, qatıq pəhrizi sağlamlıqa zərər yetirmədən sürətli çəki azaltmaqda yardım edir.

Qatıqın yardımılə olan bir neçə pəhriz növü mövcuddu: Bir günlük yüngülləşdiricidən, bir neçə həftəliyə kimi. İkisinində ən əsası isə şirin, yağlı və un məhsullarım məhdudiyyətidir. Əlavə bonus isə gündəlik idmanla məşğulluq olacaq. Belə halda, yağ daha intensiv əriyir, maddə mübadiləsi sürətlənir və əzələ tonusu artır. Həftəlik qatıq pəhrizi 3-5 kilo atmaqa yardım edəcək. Rasiona zülal qidası (ət, süd məhsulları) tərəvəz, meyvə daxildir. Həmin gün istifadə edəcəyiniz ərzaqı bir neçə porsiyaya bölə bilərsiz. Sonuncu dəfə axşam saat 7-dən gec yemək olmaz. Pəhriz sərtdir, buna görədə ideal bədən üçün gücünüzü toplamalısız.

Həftəlik menyu

Birinci gün (kartof günü): 400 qr sobada bişmiş duzsuz kartof yeməyə, 0,5 yağsız qatıq içməyə icazə verilir.

İkinci gün (süd günü): 400 qr yağsız kəsmik və 1% yağı olan 0,5 qatıq.

Üçüncü gün (meyvə günü): üzüm və banandan başqa, 400 qr meyvə yeyin və 0,5 lt yağsız qatıq için.

Dördüncü gün (ət günü): 400 qr yağsız bişmiş toyuq sinəsi və 0,5 lt bir faizlik qatıq icazə olunur.

Beşinci gün (meyvəli gün): tamamilə üçüncü günü təkrarlayır.

Altıncı gün-pəhrizin ən ağır günüdü, çünki yalnız 1,5 litir miqdarında qazsız mədən suyuna icazə verilir.

Yeddinci gün (meyvə günü): üzüm və banandan başqa, 400 qr meyvə yeyin və 0,5 lt yağsız qatıq için.

Pəhrizdən sonra artıq yeməməyə, daha çox tərəvəz və yağsız xörəklər yeməyə çalışın. Əks halda, çətinliklə atılan çəki, qayıdacaq, hətta artıq kilolar əlavə olunacaq. Səhərlər qaçmaq ya 15 dəqiqə idman etmək özünüzə qayda edin. Qatıq pəhrizini 3 ayda 1 dəfə etmək məsləhət görülür.

© Qreat.az
Tarix: 6-06-2014, 12:39 Teqlər: Maraqli, Meslehetler, Pehrizler, Ariqlamaq Baxılıb: 2620
Saytda ifadə edilmiş bütün informasiya istifadəcilərə yalnız tanışlıq məqsədi ilə verilmişdir və onun istifadəsi və tətbiqinə görə məsəlliyyəti istifadəçi özü daşıyır.


loading...
Загрузка...
ŞƏRHLƏR



İnformasiya

Гости qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.